Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir İ.İzzət/
Suraxanı rayonunda maneəyə çırpılan avtomobilin sürücüsü ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 20-si saat 03:40 radələrində Suraxanı rayonu Zığ yolunda Bakı şəhər sakini Əmiraslan Əhmədov idarə etdiyi "Hyundai-Elantra" markalı avtomobili maneəyə vurub.
Nəticədə sürücü Əhmədov 3 saylı xəstəxanaya daxil olub və orada ölüb.