...

Gəncədə qeyri-adi yol qəzası baş verib

Hadisə Materials 20 İyul 2013 17:29 (UTC +04:00)
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncənin Təbriz küçəsində qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib. Adətən qəza yerindən maşınları aparan evakuator bu dəfə özü qəzaya səbəb olub.
Gəncədə qeyri-adi yol qəzası baş verib

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Gəncədə qeyri-adi yol qəzası olub.

Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncənin Təbriz küçəsində qeyri-adi yol-nəqliyyat hadisəsi baş verib. Adətən qəza yerindən maşınları aparan evakuator bu dəfə özü qəzaya səbəb olub.

Hadisə bu gün saat 15:00 radələrində baş verib. Təbriz küçəsində sürətlə hərəkət edən evakuator idarəetməni itirirək "Ford Branko" markalı avtomobilə çırpılıb. Nəticədə "Ford"a ciddi ziyan dəyib.

Zərərçəkən avtomobilin sürücüsünün sözlərinə görə, günah evakuator sürücüsündə olub. Evakuatorun sürücüsü isə günahın onda olmadığını düşünür.

Hadisə yerinə gələn Gəncə şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən lazımi araşdırmalar aparıldıqdan sonra hər iki nəqliyyat vasitəsi cərmə meydançasına aparılıb.

Qeyd edək ki, sürücülərin heç biri ciddi xəsarət almayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti