Azərbaycan, Bakı, 20 iyul /Trend/
Bakıda dənizdə batan 3 nəfər xilas edilib.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xəzər rayonunda dənizdə, "Zuğulba-1" və "Türkan" sularda xilasetmə məntəqələrinin ərazisində 3 nəfər batma təhlükəsi ilə üzləşib.
Vətəndaşlar Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasedicilər tərəfindən xilas olunub.