...

Salyanda yaşayış evində yanğın olub

Hadisə Materials 1 Avqust 2013 23:44 (UTC +04:00)
Salyanda yaşayış evində yanğın olub.
Salyanda yaşayış evində yanğın olub

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Salyanda yaşayış evində yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Salyan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 220 kv.m olan ( hər mərtəbəsi 110 kv.m) ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 110 kv.m sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı ev sahibinin oğlu 1981-ci il təvəllüdlü Kərimov Vahid Samit oğlunun meyiti aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 20:09-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti