Azərbaycan, Bakı, 17 avqust /Trend/
Batma təhlükəsi ilə üzləşmiş 6 nəfər xilas olunub. Bu barədə Trend məlumat verib.
Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Bakı şəhərinin müxtəlif rayonlarında dənizdə ("Bilgəh" ,"Zuğulba-1" və "Hövsan" sularda xilasetmə postlarının ərazisində) ümumilikdə 6 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunublar.