...

Tovuzda şəhərdəki hasar divarlarını korlayan qız ələ keçib

Hadisə Materials 12 Sentyabr 2013 11:15 (UTC +04:00)
Tovuz şəhərinin gözəlliyinə xələl gətirən şəxs saxlanılıb.
Tovuzda şəhərdəki hasar divarlarını korlayan qız ələ keçib

Azərbaycan, Bakı, 12 sentyabr /Trend, müxbir İ.İzzət/

Tovuz şəhərinin gözəlliyinə xələl gətirən şəxs saxlanılıb.

Trend Türkel TV-yə istinadən bildirir ki, Tovuz polisinin gecə saatlarında keçirdiyi əməliyyat nəticəsində 23 yaşlı Firəngiz Həsənova saxlanılıb.

Firəngiz Həsənova şəhərin əsas yollarından biri olan Həzi Aslanov küçəsində yol kənarındakı hasarın görkəmini bərbad hala salarkən polis avtomobilinin faralarının işığına tuş gəlib. Divarlara reklam xarakterli yazılar yazaraq şəhərin görkəminə xələl gətirən gəncdən gördüyü işin səbəbini soruşduqda isə o, qışqırmaqla özünü müdafiə etməyə çalışıb.

Qeyd edək ki, bu cür hərəkətlər İnzibati Xətalar Məcəlləsinin 197-ci maddəsinə əsasən cəzalandırılaraq cərimələnir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti