...

İstanbulda təhlükəsizlik qüvvələri narkotik satıcılarına qarşı əməliyyat keçirib

Hadisə Materials 13 Sentyabr 2013 10:45 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərinin təhlükəsizlik qüvvələri cümə günü səhər saatlarında narkotik satıcılarına qarşı xüsusui əməliyyat keçiriblər.
İstanbulda təhlükəsizlik qüvvələri narkotik satıcılarına qarşı əməliyyat keçirib

Azərbaycan, Bakı, 13 sentyabr /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin İstanbul şəhərinin təhlükəsizlik qüvvələri cümə günü səhər saatlarında narkotik satıcılarına qarşı xüsusi əməliyyat keçiriblər. Bu barədə Trend "Haber7" telekanalına istinadən bildirib.

Helikopterin də iştirak etdiyi əməliyyat bir neçə ünvanda keçirilib. Əməliyyat nəticəsində 30-dan artıq şəxs saxlanılıb. Saxlanılanlar Türkiyənin Təhlükəsizlik üzrə Baş Katibliyinin Narkotiklərlə mübarizə şöbəsinə təhvil veriliblər.

Əməliyyatın gedişi zamanı böyük həcmdə narkotik maddələrin partiyası müsadirə olunub. Faktla bağlı cinayət işi qaldırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti