...

Siyəzəndə ”KAMAZ” aşıb, sürücü ağır xəsarət alıb

Hadisə Materials 29 Oktyabr 2013 07:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 oktyabr /Trend/

Sürücünün bel nahiyəsinin sınması ehtimal olunur.

Trend Regİonal TV-yə istinadən məlumat verir ki, Bakı-Quba-Rusiya dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

Bakı istiqamətində hərəkət edən, Adil Məmmədovun idarə etdiyi "KAMAZ" markalı yük avtomobili beton yolun hərəkət hissəsində aşıb.

Nəticədə avtomobilin sürücüsü, Şamaxı rayon sakini 44 yaşlı Adil Məmmədov ağır bədən xəsarətləri alıb. O, Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Diaqnostika Mərkəzindən RTV-yə verilən məlumata görə yaralının vəziyyəti orta ağırdır.

Xəbər lenti

Xəbər lenti