...

Vətəndaş evində köməksiz vəziyyətdə tapılıb

Hadisə Materials 9 Noyabr 2013 04:42 (UTC +04:00)
Vətəndaş evində köməksiz vəziyyətdə tapılıb.
Vətəndaş evində köməksiz vəziyyətdə tapılıb

Azərbaycan, Bakı, 9 noyabr /Trend/

Vətəndaş evində köməksiz vəziyyətdə tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda mənzildə bir nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs ruhi xəstə olduğundan mənzilin giriş qapısını aça bilmir. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 5-ci mərtəbədə həmin mənzilə pəncərəsindən daxil olub və giriş qapısını açıblar.

Mənzildə köməksiz vəziyyətdə aşkarlanmış yaşlı qadın xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti