...

Gəncədə avtoxuliqanlıq edən 3 sürücü saxlanılıb

Hadisə Materials 11 Noyabr 2013 19:57 (UTC +04:00)
Gəncədə yol hərəkət qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən 3 sürücü saxlanılıb və barələrində inzibati qaydada tədbir görülüb.
Gəncədə avtoxuliqanlıq edən 3 sürücü saxlanılıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Gəncədə yol hərəkət qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən 3 sürücü saxlanılıb və barələrində inzibati qaydada tədbir görülüb.

Gəncə şəhər Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən şəhərin Gülüstan qəsəbəsində "VAZ 2107" markalı avtomobillə Eşqin Məmmədov, "VAZ 21011" markalı maşınla Əmrah Quliyev avtoxuliqanlıq maddəsi ilə təqsirləndirilib.

Digər bir avtoxuliqan-Ceyhun Abdullayev isə idarə etdiyi "VAZ 2107" markalı avtomobillə şəhərin mərkəz hissəsində yol hərəkət qaydalarını pozan zaman saxlanılıb.

Avtoxuliqanlar barəsində yol hərəkət qaydalarını kobud şəkildə pozduqlarına görə inzibati protokollar tərtib olunub, məhkəmə qərarı əsasında 15 sutkalıq həbs cəzası verilib.

Xəbər lenti

Xəbər lenti