...

İran-Pakistan sərhədində atışma: 1 ölü, 4 yaralı

Hadisə Materials 3 Dekabr 2013 09:48 (UTC +04:00)
İran-Pakistan sərhədində sərhədçilər və sərhədi keçməyə cəhd edən silahlı qruplaşma arasında atışma baş verib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.
İran-Pakistan sərhədində atışma: 1 ölü, 4 yaralı

Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir T.Cəfərov/

İran-Pakistan sərhədində sərhədçilər və sərhədi keçməyə cəhd edən silahlı qruplaşma arasında atışma baş verib. Trend-in məlumatına görə, bu barədə İRNA agentliyi xəbər verir.

Məlumata əsasən, atışma İran-Pakistan sərhədində Sarvan zonasında baş verib və bir neçə saat davam edib. Sərhəd Qoşunlarının bir əsgəri həlak olub, bir zabit və 3 əsgər isə yaralanıb.

Məlumatda bildirilir ki, silahlı qruplaşmanın da itkiləri var və onlar Pakistan tərəfə qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti