Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir İ.İzzət/
Bakıda bir nəfər doqquz mərtəbəli binanın liftində köməksiz vəziyyətdə qalıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, bu gün Bakı şəhəri, Nizami rayonunda doqquzmərtəbəli yaşayış binasının liftində 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 3-cü mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə liftin qapılarını açıb və zərərçəkmişin oradan çıxmasına şərait yaradıblar. Əməliyyat səhər saat 06:05-də başa çatıb.