Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir İ.İzzət/
Şəkidə intihar edən 26 yaşlı gəncin ruhi xəstə olduğu məlum olub.
Şəki rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, yanvarın 20-də səhər saatlarında Şəki şəhər sakini, 1988-ci il təvəllüdlü Sadıqov Sərxan Məmməd oğlu Pişnamazzadənin meyiti yaşadığı ünvanda asılmış vəziyyətdə tapılıb.
Hələlik onun özünü hansı səbəbdən asdığı dəqiq məlum olmasa da, yaxınları S.Sadıqovun ruhi xəstəlikdən əziyyət çəkdiyini bildiriblər.
Faktla əlaqədar Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.