...

Xaçmazda naməlum şəxs taksi sürücüsünü döyərək avtomobilini qaçırıb

Hadisə Materials 24 Yanvar 2014 10:39 (UTC +04:00)
Trend Regional TV-yə istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Yürgüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Xaçmazda naməlum şəxs taksi sürücüsünü döyərək avtomobilini qaçırıb

Azərbaycan, Bakı, 24 yanvar /Trend/

Bu gün gecə saatlarında Xaçmaz rayonu ərazisində xuliqanlıq faktı qeydə alınıb.

Trend Regional TV-yə istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Yürgüc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Naməlum şəxs taksi fəaliyyəti ilə məşğul olan Xaçmaz şəhər sakini 61 yaşlı Hümbətov Qədimalı Ağa oğlunun avtomobilinə əyləşərək Yergüc kəndi istiqamətində sürməsini xahiş edib. Lakin kəndə çatanda sərnişin bildirib ki, o "Barisbol" adlanan gölə getmək istəyir və avtomobili meşənin içərisinə sürdürüb.

Sürücü Qədimalı Hümbətovun Regional TV-yə bildirdiyinə görə, burada həmin şəxs qəfildən onu boğmağa başlayıb. Həmin şəxslə əlbəyaxa olan sürücü xəsarət alıb.

Sürücünün sözlərinə görə, təxminən 30-35 yaşlarında olan şəxs 10 UL 774 dövlət qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobili sürərək hadisə yerindən qaçıb.

Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilən sürücüyə bel fəqərələrinin gərilməsi diaqnozu qoyulub. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsindən verilən məlumata görə, hələ ki, hadisəni törədən şəxsin kimliyi müəyyənləşməyib. Faktla bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti