...

Bakıda qadın kirayə qaldığı mənzildən oğurluq edib

Hadisə Materials 25 Yanvar 2014 13:08 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 20-də Rəsulzadə qəsəbəsində vətəndaş Arzu Nəsirova 7-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, evindən 700 manat və 500 ABŞ dolları məbləğində pulu, qızıl-zinət əşyaları oğurlanıb.
Bakıda qadın kirayə qaldığı mənzildən oğurluq edib

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir İ.İzzət/

Bakıda kirayə yaşadığı mənzildən oğurluq etməkdə şübhəli bilinən qadın tutulub.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanvarın 20-də Rəsulzadə qəsəbəsində vətəndaş Arzu Nəsirova 7-ci polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, evindən 700 manat və 500 ABŞ dolları məbləğində pulu, qızıl-zinət əşyaları oğurlanıb.

Keçirilən əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini Vəfa Zeynalova şübhəli şəxs qismində saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti