...

Bakıda mənzildə 82 yaşlı rus qadının meyiti tapılıb

Hadisə Materials 8 Fevral 2014 23:42 (UTC +04:00)
Bakıda mənzildə qadın meyiti aşkar edilib.
Bakıda mənzildə 82 yaşlı rus qadının meyiti tapılıb

Azərbaycan, Bakı, 8 fevral /Trend/

Bakıda mənzildə qadın meyiti aşkar edilib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Xətai rayonunda mənzildə bağlı qapı arxasında 1932-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir. Xilasedicilər çoxmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Mənzilə baxış keçirilərkən Zaykova Vera İvanovna huşsuz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində V.Zaykovanın vəfat etdiyi müəyyən olunub.

Qeyd olunan şəxsin meyiti xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti

Xəbər lenti