...

Cəlilabad sakinlərini tapançaya bənzər əşya ilə hədələyərək onlardan pul almış şəxslər tutulublar

Hadisə Materials 18 Fevral 2014 13:43 (UTC +04:00)
Cəlilabad sakinlərini tapançaya bənzər əşya ilə hədələyərək onlardan pul almış şəxslər tutulublar.
Cəlilabad sakinlərini tapançaya bənzər əşya ilə hədələyərək onlardan pul almış şəxslər tutulublar

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Cəlilabad sakinlərini tapançaya bənzər əşya ilə hədələyərək onlardan pul almış şəxslər tutulublar.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, fevralın 17-nə keçən gecə Cəlilabad şəhərinin ərazisində şəhər sakini Eldəniz Ağayevin idarə etdiyi "Mercedes" markalı avtomobildə sərnişin qismində gedən şəxsiyyəti məlum olmayan 2 nəfər onu və digər sərnişini, Maşlıq kənd sakini Seymur Əmənovu tapançaya bənzər əşya ilə hədələyərək onlardan 30 manat pul alıb.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Privolnoye kənd sakinləri Tofiq Süleymanov və İbadət Süleymanov tutulublar.

Onlardan 1 ədəd tapançaya bənzər alışqan götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti