...

DİN: Ukraynadakı qarşıdurmalarda ölən hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 10-a çatıb

Hadisə Materials 19 Fevral 2014 15:47 (UTC +04:00)
Ukraynadakı qarşıdurmalarda ölən hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 10-a çatıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Ukrayna Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
DİN: Ukraynadakı qarşıdurmalarda ölən hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 10-a çatıb

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Ukraynadakı qarşıdurmalarda ölən hüquq-mühafizə orqanları əməkdaşlarının sayı 10-a çatıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Ukrayna Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.

DİN bəyan edib ki, odlu silahdan açılan atəş onuncu əməkdaşın ölümünə səbəb olub.

Bu arada Avropa İttifaqının (Aİ) 28 ölkəsinin səfiri Aİ Şurasının iclasında Ukraynaya qarşı sanksiyalar məsələsinə baxacaq.

Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları bərpa olunub. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə daş atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda ümumilikdə 351 nəfər yaralanıb, 25 nəfər isə həlak olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti