...

DİN: Lvovda etirazçıların hərbi hissəyə hücumu 35 nəfərin xəsarət alması ilə nəticələnib

Hadisə Materials 19 Fevral 2014 16:32 (UTC +04:00)
Fevralın 18-də gecə saatlarında Lvovda etirazçıların 4114 saylı hərbi hissəyə hücumu nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib, daha 30 nəfər isə xəsarət alıb.
DİN: Lvovda etirazçıların hərbi hissəyə hücumu 35 nəfərin xəsarət alması ilə nəticələnib

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Fevralın 18-də gecə saatlarında Lvovda etirazçıların 4114 saylı hərbi hissəyə hücumu nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib, daha 30 nəfər isə xəsarət alıb. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, 2 minə yaxın naməlum şəxs Daxili Qoşunların hərbi hissəsinə hücum edib. Hücum zamanı etirazçılar 2 nəzarət buraxılış məntəqəsini və kazarma binasını yandırıblar.

Hərbi hissəsinin arsenalına toxunulmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti