...

Kiyevdə 263 etirazçı və 342 milis əməkdaşı xəstəxanaya yerləşdirilib

Hadisə Materials 19 Fevral 2014 19:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Səhiyyə nazirinin səlahiyyətlərini icra edən Raisa Boqatıreva bəyan edib ki, hazırda Kiyevin müalicə müəssisələrində kütləvi aksiyaların 263 iştirakçısı və 342 milis əməkdaşı var.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, milis işçilərinin əksəriyyəti güllə yarasından xəstənaya yerləşdirilib.

Onun sözlərinə görə, tibbi yardım üçün müraciət edən 388 vətəndaşdan təqribən 160 nəfərin vəziyyəti ağırdır: "Hüquq-mühafizə orqanlarının 371 əməkdaşı da tibbi yardım üçün müraciət edib. Hazırda olan məlumata görə, 10 milis əməkdaşı öldürülüb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti