Azərbaycan, Bakı, 20 fevral /Trend/
Tərtər rayon sakini Sənan Ərşad oğlu Mirzəyev qətlə yetirilib.
Trend EL TV-yə istinadən xəbər verir ki, hadisə Vasif Hüseynov küçəsində, mərhumun yaşadığı 2 saylı evdə baş verib.
Məlumata görə, S.Mirzəyev evinin yaxınlığındakı avtoyuma məntəqəsini işlədirmiş. Onun cəsədini də avtoyuma məntəqəsinin işçisi aşkar edib. Belə ki, işçi onun evinə gəlib və mərhumun cəsədi ilə qarşılaşıb.
Bundan sonra hadisə barəsində rayon polis şöbəsinə məlumat verilib. Meyitə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları S.Mirzəyevin döş qəfəsindən aldığı güllə yarasından dünyasını dəyişdiyini bildiriblər. Mərhumun üz nahiyəsində də xəsarətlər olub.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Qonşuların bildirdiyinə görə, mərhum evdə tək yaşayırmış.