...

DİN: Kiyevdə hüquq-mühafizə orqanlarının 100-dən çox əməkdaşı güllə yarası alıb

Hadisə Materials 20 Fevral 2014 17:18 (UTC +04:00)
Son 3 gün ərzində Kiyevdəki kütləvi iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 100-dən çox əməkdaşı güllə yarası alıb.
DİN: Kiyevdə hüquq-mühafizə orqanlarının 100-dən çox əməkdaşı güllə yarası alıb

Azərbaycan, Bakı, 20 fevral /Trend/

Son 3 gün ərzində Kiyevdəki kütləvi iğtişaşlar zamanı hüquq-mühafizə orqanlarının 100-dən çox əməkdaşı güllə yarası alıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti Ukrayna Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir.

Fevralın 18-dən hüquq-mühafizə orqanlarının 500-dən çox əməkdaşı tibbi yardım üçün müraciət edib. Onların 110-u güllə yarısı alıb, 63-nün isə vəziyyəti ağırdır.

Bu gün ərzində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı ölüb, 50-si xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, çərşənbə axşamı, Ali Radanın iclası günü Kiyevdə irimiqyaslı küçə iğtişaşları bərpa olunub. Müxalifət idarəetmənin parlament-prezident formasına qayıtmağa, 2004-cü il Konstitusiyasını bərpa etməyə çağırıb. Radikallar Kiyevin mərkəzində binalara soxulub, avtomobil təkərlərinə od vurub, maşınlara və milis işçilərinə "Molotov kokteyli" atıblar. Milisin məlumatına görə, müxalifət ilk dəfə odlu silah tətbiq edib. Son məlumatlara görə, iğtişaşlarda artıq 35 nəfər həlak olub, 800-ə yaxın adam zərər çəkib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti