Azərbaycan, Bakı, 1 mart /Trend/
Masallıda ev yanıb, bir nəfər ölüb.
Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Masallı rayonu, Şərəfə kəndində 1938-ci il təvəllüdlü Hümbətov Naib Məhəmməd oğluna məxsus ümumi sahəsi 150 kv.m olan kürsülü birmərtəbəli 5 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 75 kv.m sahədə yanıb.
Yanğının kəşfiyyatı zamanı yataq xəstəsi olan N.Hümbətovun meyiti aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunub.