...

Bakıda "VAZ" hasara çırpılıb, ölən və yaralanan var

Hadisə Materials 3 Mart 2014 10:10 (UTC +04:00)
Bakıda avtomobilin gecə vaxtı hasara çırpılması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Bakıda "VAZ" hasara çırpılıb, ölən və yaralanan var

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir İ.İzzət/

Bakıda avtomobilin gecə vaxtı hasara çırpılması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 3-ü saat 03:40 radələrində Nardaran qəsəbəsi ərazisində Bilgəh qəsəbə sakini, 1993-cü il təvəllüdlü Ramin Əliyev idarə etdiyi "VAZ-2106" markalı avtomobili yol kənarındakı hasara vurub. Nəticədə R.Əliyev özü hadisə yerində ölüb, sərnişini 1985-ci il təvəllüdlü Elvin Cəfərov isə xəsarətlə xəstəxanaya daxil olub.

Faktla əlaqədar araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti