Azərbaycan, Bakı, 28 mart /Trend/
Cəlilabad sakini silahları könüllü təhvil verib.
Trend Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cəlilabad rayonunun Sadatlı kənd sakini Sübhan Amanov tapdığı nömrəsi silinmiş ov tüfəngini və 1 ədəd xaricdə istehsal olunmuş tapançanı (paslanmış vəziyyətdə) könüllü olaraq Rayon Polis Şöbəsinə təhvil verib.