Azərbaycan, Bakı, 12 may /Trend/
Valideynin diqqətindən yayınan 6 yaşlı uşağı elektrik cərəyanı vurub.
Trend EL TV-yə istinadən xəbər verir ki, hadisə ötən gecə saat 20:00 radələrində Ağcabədi rayonu Üzeyir Hacıbəyli küçəsi, 85 saylı evdə qeydə alınıb.
Elektrik cərəyanı vuran 2008-ci il təvəllüdlü Nəzrin Vasif qızı Şükürova dünyasını dəyişib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda araşdırma aparılır.