Azərbaycan, Bakı, 28 may /Trend, müxbir İ.İzzət/
Bakıda məişət tullantıları poliqonunun ərazisindən silah-sursat tapılıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşları tərəfindən "Təmiz şəhər" ASC-nin Balaxanı məişət tullantıları poliqonunun ərazisindən 1 ədəd "Baykal MП 654 K" markalı pnevmatik tapanca, 1 ədəd süngü bıçaq, 1 ədəd "F-1" qumbarası, 1 patron darağı, 37 ədəd müxtəlif çaplı patron və 2 ədəd alışdırıcı tapılıb.
Faktla bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.