Azərbaycan, Bakı, 26 iyun /Trend/
Tərtər rayonunun Küçərli kəndi ərazisində, məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə 5 nəfər qarpızdan zəhərlənib. Bu barədə Trend "El" TV-yə istinadən məlumat verib.
Zəhərlənənlər 52 yaşlı Kərim Əzimov, 30 yaşlı Günay Əzimova, 34 yaşlı Eldəniz Zeynalov, 34 yaşlı Ramil Zeynalov və 51 yaşlı Aybəniz Abdullayevadır.
Onların qarpız yedikdən sonra vəziyyətlərinin pisləşdiyi deyilir. Həmin şəxslər dərhal Quzanlı qəsəbəsindəki Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Həkimlər tərəfindən zəhərlənən şəxslər nəzarətə götürülüb. Onlara ilkin tibbi yardım göstərilib.
Tərtərdə 5 nəfər qarpızdan zəhərlənib
Tərtər rayonunun Küçərli kəndi ərazisində, məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə 5 nəfər qarpızdan zəhərlənib.