Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlkin İzzət/
Göygöl rayonu Hacıkənd kəndinin ərazisində yerləşən kafedə əxlaqsızlıq yuvası aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İntiqam Nəcəfov saxlanılıb.
Onun gəlir əldə etmək məqsədi ilə Göygöl rayonu Hacıkənd kəndinin ərazisində yerləşən "Nihat" kafesində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.