Azərbaycan, Bakı, 18 avqust /Trend/
Bakıda döyüş sursatı tapılıb.
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nəsimi rayonunda döyüş sursatı aşkar olunub. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb ediliblər.
FHN-in mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçiriblər. Müəyyən olunub ki, bunlar 1 ədəd LQ-42 markalı əl qumbarası, 1 ədəd trofil şaşkası və 51 santimetr detonasiya qaytanıdır.
Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilib. Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib, digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib.