Azərbaycan, Bakı, 22 sentyabr /Trend, müxbir İlkin İzzət/
Şəmkirdə toy məclisində bıçaqlanma hadisəsi baş verib.
Trend Kəpəz TV-yə istinadən xəbər verir ki, Şəmkir rayonunun Zəyəm qəsəbə sakini 28 yaşlı Sərxan Mahmudov sentyabrın 21-də axşam saat 21:00 radələrində bıçaq xəsarətləri ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına gətirilib.
Xəstə dərhal əməliyyat olunub, daha sonra palataya yerləşdirilib. Hazırda S.Mahmuovun səhhəti orta ağır kimi qiymətləndirilir.
Şəmkir RPŞ Zəyəm Polis Bölməsindən verilən məlumata görə, S.Mahmudov yaxınlarının toy məclisində iştirak edən zaman bıçaqlanıb. Ancaq onun kim tərəfindən bıçaqlandığı hələlik məlum deyil.
Faktla bağlı Şəmkir RPŞ-nin İstintaq bölməsində cinayəti işi başlanıb, istintaq aparılır.