Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlkin İzzət/
Lənkəran rayon sakini elektrik cərəyanı vurması nəticəsində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 9-da Lənkəran rayonunun Velədi kəndində rayon sakini Rəhim Babayev idarə etdiyi "ZİL" markalı avtomobilin yükqaldırıcı qurğusu ilə iş görərkən ehtiyatsızlığı nəticəsində qurğu elektrik naqilinə toxunub. Nəticədə sürücü elektrik cərəyanı vurması nəticəsində ölüb.