...

Bakıda tapılmış meyitin kimliyi bəlli olub

Hadisə Materials 17 Fevral 2015 13:46 (UTC +04:00)
Bakının Nəsimi rayonunda tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.
Bakıda tapılmış meyitin kimliyi bəlli olub

Azərbaycan, Bakı, 17 fevral /Trend, müxbir İlkin İzzət/

Bakının Nəsimi rayonunda tapılmış meyitin şəxsiyyəti müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 15-də Mirqasımov küçəsi, ev 7-nin qarşısında tapılmış meyitin kimliyi müəyyən edilib.

Məlum olub ki, bu, Biləsuvar rayon sakini Əlifağa Quliyevdir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti