Azərbaycan, Bakı, 31 mart /Trend/
Bakılda hündür mərtəbəli yaşayış binasında yanğın baş verib.
Trend Fövqəladə Hallar Nazirlyiniin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çox mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və 1-ci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı binadan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.