...

Oğlanı evinə dəvət edən qız axırda kişi çıxdı

Hadisə Materials 10 Aprel 2015 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir İlkin İzzət/

Bakıda özünü qadın kimi qələmə verərək quldurluq etmiş Şabran rayon sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprelin 9-da özünü Ayka kimi təqdim etmiş şəxs Hacıqabul rayon sakini Elşən Atamoğlanovu paytaxtın Nizami rayonu ərazisində kirayədə yağadığı evə dəvət edib və orada onu bıçaqla hədələyərək mobil telefonunu alıb.

Nizami rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Şabran rayon sakini Qismət Soltanov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti