...

Qubada yük avtomobili hasara çırpıldı

Hadisə Materials 13 Aprel 2015 18:15 (UTC +04:00)
Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Ford" markalı yük avtomobili hasara çırpılıb
Qubada yük avtomobili hasara çırpıldı

Azərbaycan, Bakı, 13 aprel /Trend/

Qubada yük avtomobili hasara çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Quba rayonu, Digah kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "Ford" markalı yük avtomobili hasara çırpılıb. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti