Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir Elçin Mehdiyev/
Yanvarın 1-dən bu günə qədər Bakı şəhərində avtonəqliyyat vasitələrinin qaçırılması ilə bağlı 27 fakt qeydə alınıb.
Bunu Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
V.Əsədov bildirib ki, aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 19 nəqliyyat vasitəsi tapılıb. Onun sözlərinə görə, 8 nəqliyyat vasitəsinin isə axtarışı davam etdirilir.