...

Qaradağ rayonunda döyüş sursatı tapılıb

Hadisə Materials 6 İyun 2015 16:28 (UTC +04:00)
Qaradağ rayonunda döyüş sursatı tapılıb.
Qaradağ rayonunda döyüş sursatı tapılıb

Azərbaycan, Bakı, 6 iyun /Trend/

Qaradağ rayonunda döyüş sursatı tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri Qaradağ rayonunda döyüş sursatı aşkarlanıb.

Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib və aşkarlanan sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararlı olan 2 ədəd trotil qutusudur. Aşkar edilmiş hərbi sursatlar aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və digər növ şübhəli əşya aşkar etməyiblər.

Əməliyyat saat 10:30-da başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti