Azərbaycan, Bakı, 31 iyul /Trend/
Xızı rayonunda baş verən yanğın söndürülüb.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xızı rayonunda (rayon mərkəzindən 60 km aralı dağlıq ərazi) dağlıq ərazidə 100 ha sahədə otlaq sahə və meşə zolağında 8 ha quru ot və qurumuş ağacların kötükləri yanıb.
Yanğın söndürülüb, tüstülənən kötüklərin söndürülməsi davam edir.
Yanğından meşə zolağının qalan hissəsi və yaxınlıqdakı yataqlar mühafizə olunub.
Yanğın saat 16:58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.