Azərbaycan, Bakı, 3 avqust /Trend, müxbir Elmir Murad/
Azərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 75 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər"lə açılıb.
Trend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Ötən gün respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 9 nəfər ölüb, 9-u isə yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilib. Cinayət törətdiklərinə görə 32 nəfər tutulub.