...

Termometrlə ehtiyatlı olun

Hadisə Materials 23 Avqust 2015 19:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend/

Bakı mənzillərindən birinin sakinləri civə təhlükəsi ilə üzləşiblər.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonununda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır.

Maye halında olan kimyəvi element nazirliyin Mülki-Müdafiə Qoşunlarının mütəxəssisləri tərəfindən müvafiq qaydada yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir

Əməliyyat saat 14:05-də başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti