...

Saxta sənədli 7 xarici vətəndaş Azərbaycandan deportasiya olunub

Hadisə Materials 15 Sentyabr 2015 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sərhədçilər sənədi saxta olan 7 xarici vətəndaşını Azərbaycandan deportasiya ediblər.

Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən Trend-ə verilən məlumata görə, 7 sentyabr 2015-ci il tarixdə həyata keçirilmiş tədbirlər nəticəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda 111 nömrəli "Alma-Ata-Bakı" aviareysi ilə ölkəmizə gələn Tacikistan vətəndaşı 1968-ci il təvəllüdlü Qaziyeva Zamirə pasportunda Azərbaycan Respublikasına gəlib-getməsi barədə saxta möhürlər olduğuna görə, 10 sentyabr 2015-ci il tarixdə 079 nömrəli "Bakı-İstanbul" aviareysində saxta Şengen vizası ilə Şri-Lanka vətəndaşları - 1983-cü il təvəllüdlü Sanmuqarasa Sathess və 1987-ci il təvəllüdlü Sinna Thamby Theivent­hiram Poovinthan, 334 nömrəli "İstanbul-Bakı" aviareysi ilə saxta viza ilə Azərbaycan Respublikasına gələn Banqladeş vətəndaşları - 1983-cü il təvəllüdlü Rana MD Masud, 1985-ci il təvəllüdlü Alim Muhammad Abdul, 1987-ci il təvəllüdlü Rana MD Sahel və 1988-ci il təvəllüdlü Pramanik Abu Sayed saxlanılıb.

Saxlanılmış şəxslər deportasiya ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti