...

Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib

Hadisə Materials 16 Oktyabr 2015 13:17 (UTC +04:00)
Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir Elmir Murad/

Abşeron rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə Saray qəsəbəsində baş verib.

Sumqayıt şəhər sakini Mirməcid Eminov idarə etdiyi "TOFAŞ" markalı avtomobili yol ayrıcına vurub.

Hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan M.Eminov xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti