...

FHN Bakıda döyüş sursatının tapılması barədə məlumat yayıb

Hadisə Materials 1 Noyabr 2015 16:58 (UTC +04:00)
Bakıda döyüş sursatı aşkarlanıb.
FHN Bakıda döyüş sursatının tapılması barədə məlumat yayıb

Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir Elmir Murad/

Bakıda döyüş sursatı aşkarlanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə daxil olan məlumata görə, sursat Nərimanov rayonu ərazisində tapılıb.

Dərhal Nazirliyin müvafiq qurumları hadisə yerinə cəlb olunub.

Baxış keçirilən zaman məlum olmub ki, bu, istifadəyə yararsız olan 1 (bir) ədəd "F-1" markalı əl qumbarasıdır.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və başqa şübhəli əşya aşkar edilməyib.

Sursat aidiyyatı üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti