...

Daşkəsəndə güclü küləyin fəsadları (FOTO)

Hadisə Materials 14 Noyabr 2015 17:03 (UTC +04:00)
Güclü külək Daşkəsəndə fəsadlara yol açıb.
Daşkəsəndə güclü küləyin fəsadları (FOTO)

Azərbaycan, Bakı, 14 noyabr /Trend/

Güclü külək Daşkəsəndə fəsadlara yol açıb.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, ölkənin müxtəlif bölgələrində müşahidə edilən güclü külək Daşkəsəndə də fəsadlar törədib. Rayon mərkəzində 10-dan artıq çoxmərtəbəli yaşayış və inzibati binanın dam örtüklərinə və rayonun elektrik təsərrüfatına ziyan dəyib.

Güclü külək şəhərin İncəsənət məktəbinin, yaşayış binalarının dam örtüklərini sıradan çıxarıb, taxta konstruksiyalarla birlikdə binaların üstündən tamamilə atıb. Təbiət hadisəsi nəticəsində rayon mərkəzində yerləşən yataqxana ciddi zərər görüb. Orada yaşayan 78 sakinin 31 nəfəri Rayon Mərkəzi Xəstəxanasında, digərləri isə müxtəlif yerlərdə müvəqqəti məskunlaşdırılıb.

Külək nəticəsində şəhərin eletrik xətlərinə də ziyan dəyib. Hazırda şəhərin işıqsız qalan ərazilərində elektrik enerjisinin bərpası üçün təmir işləri aparılır. Təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılması üçün rayonun aidiyyəti qurumları tərəfindən təmizləmə işləri aparılır.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən dəymiş ziyan hesablanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti