...

Marketdən oğurluq edərkən “həyəcan” siqnalı ilə yaxalandı (FOTO)

Hadisə Materials 8 Fevral 2016 16:34 (UTC +04:00)
Fevralın 6-sı gecə saatlarında Binəqədi Rayon Mühafizə İdarəsi (RMİ) tərəfindən qorunan rayon ərazisindəki “Ucuz” marketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan “həyəcan” siqnalı yoxlanılan zaman, obyektin giriş qapısına oğurluq məqsədilə müdaxilə olunduğu aşkar edilib.
Marketdən oğurluq edərkən “həyəcan” siqnalı ilə yaxalandı (FOTO)

Bakı. Trend:

Fevralın 6-sı gecə saatlarında Binəqədi Rayon Mühafizə İdarəsi (RMİ) tərəfindən qorunan rayon ərazisindəki "Ucuz" marketdən Mərkəzi Mühafizə Məntəqəsinə daxil olan "həyəcan" siqnalı yoxlanılan zaman, obyektin giriş qapısına oğurluq məqsədilə müdaxilə olunduğu aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs qaçmaq istərkən RMİ əməkdaşları tərəfindən saxlanılaraq aidiyyəti üzrə 4-cü Polis Bölməsinə təhvil verilib.

Araşdırma zamanı həmin şəxsin Yasamal rayon sakini, əvvəllər məhkum olunmuş Kərim Məmmədov olduğu müəyyən edilib. Onun üzərinə baxış zamanı mağazanın qapısını sındırmaq üçün istifadə etdiyi dəmir ling və bıçaq aşkar olunaraq götürülüb. Müşahidə qurğularına baxış keçirilərkən K.Məmmədovun həmin gün Nəsimi RMİ tərəfindən mühafizə olunan "Butastore" supermarketindən də oğurluğa cəhd etdiyi müəyyənləşdirilib.

Rayon mühafizə idarəsi əməkdaşlarının keçirdiyi növbəti uğurlu tədbir nəticəsində vətəndaşın xüsusi vasitələrlə qorunan mənzilindən oğurluq edilməsinin də qarşısı vaxtında alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti