...

53 yaşlı Gəncə sakininin meyidi meşədən tapılıb

Hadisə Materials 3 Mart 2016 03:00 (UTC +04:00)
Bir neçə gün əvvəl yoxa çıxan Gəncə şəhər sakinin Göygöldə qətlə yetirilərək basdırıldığı məlum olub.
53 yaşlı Gəncə sakininin meyidi meşədən tapılıb

Bakı. Trend:

Bir neçə gün əvvəl yoxa çıxan Gəncə şəhər sakinin Göygöldə qətlə yetirilərək basdırıldığı məlum olub.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, rayon hüquq-mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində bir həftə əvvəl itkin düşən Gəncə şəhər sakini, 53 yaşlı Eldar Əliyevin meyiti rayonun Axarca kəndi ərazisində yerləşən meşə massivində basdırılmış halda aşkarlanıb.

Məlumata görə, o Cavid adlı Göygöl rayon sakini tərəfindən bir həftə əvvəl qətlə yetirilərək orada basdırılıb. Cinayəti törədən şəxs saxlanılıb.

Məlumata görə, cinayət törədilən zaman ərazidə bir neçə nəfər olub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma davam edir.

Xəbər lenti

Xəbər lenti