...

Binəqədidə top mərmiləri tapılıb

Hadisə Materials 18 Aprel 2016 16:57 (UTC +04:00)
Bakıda döyüş sursatı tapılıb.
Binəqədidə top mərmiləri tapılıb

Bakı. Trend:

Bakıda döyüş sursatı tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda döyüş sursatının aşkar olunması barədə məlumat daxil olub.

Dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexnikləri hadisə yerinə cəlb olunub, baxış zamanı sursatların müxtəlif növ çaplı top mərmiləri olduğu müəyyən edilib.

Aşkar edilmiş mərmilər xüsusi ayrılmış əraziyə aparılaraq zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti