Bakı. Trend:
Biləsuvar rayonunda vətəndaşa məxsus "FORD" markalı yük avtomobilinin mühərrikində elektrik naqilləri yanıb.
Trend-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.