...

Gəncədə ev yanaraq külə dönüb (FOTO)

Hadisə Materials 1 İyul 2016 13:17 (UTC +04:00)
Bu gün səhər saat 09:00 radələrində Gəncə şəhəri, Nizami rayonu ərazisində vətəndaş Əli Əkbərova məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Gəncədə ev yanaraq külə dönüb   (FOTO)

Bakı. Trend:

Bu gün səhər saat 09:00 radələrində Gəncə şəhəri, Nizami rayonu ərazisində vətəndaş Əli Əkbərova məxsus fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

Trend Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, alovun söndürülməsi üçün əraziyə 4 yanğınsöndürmə briqdası cəlb olunub.

Görülən tədbirlərə baxmayaraq, ümumi sahəsi 144 kv.metr olan birmətəbəli, 3 otaqlı evin 60 kvadratmetrlik bir otağının 40 kv.metri əşyaları ilə birlikdə yanıb.

Bundan başqa, həmin otağa bitişik yardımçı tikilinin talvar hissəsinin lambirinlərinin 15 kvadratmetrlik hissəsi yüksək temperaturdan əriyib. Qabaqlayıcı tədbirlər nəticəsində ətraf ərazilər yanğından mühafizə olunub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti